İdarəetməyə dəqiq yanaşma

PAŞA Management Company qeyri-maliyyə aktivlərindən ibarət olan çoxşaxəli biznes portfelini idarə edir

PAŞA Management Company - Qısa İcmal 

PAŞA Management Company 3 əsas istiqamət üzrə fəaliyyət göstərir: İri müəssisələr, Daşınmaz əmlak və Müəssisələr

4.8 mlrd. AZN

31 dekabr 2022-ci il tarixi üçün cəmi aktivlər

1.5 mlrd. AZN

31 dekabr 2022-ci il tarixi üçün ümumi gəlir

10.700+

31 dekabr 2022-ci il tarixi üçün qrup üzrə ümumi işçi sayı

01

İri müəssisələr

Bizim "İri müəssisələr" istiqamətimizə keyfiyyətli məhsullarla yanaşı, üstün müştəri təcrübəsi təklif edən məşhur “Bravo” supermarketlər şəbəkəsi və yüksək məhsuldarlıqlı kənd təsərrüfatı məhsullarını yetişdirmək üçün innovativ təcrübələrdən istifadə edən “Agro Dairy” kənd təsərrüfatı şirkəti daxildir.

İdarə olunan şirkətlər

02

Daşınmaz əmlak

Komandamız daşınmaz əmlakın tam şəkildə idarə edilməsi xidmətləri göstərməklə, investisiya gəlirlərini və əmlakın dəyərini maksimal dərəcədə artırır.

İdarə olunan şirkətlər

03

Müəssisələr

PAŞA Management-in “Müəssisələr” istiqaməti bir çox sahə üzrə fəaliyyət göstərən müxtəlif şirkətləri əhatə edir. Bura həyat tərzinizi daha da rəngarəng edəcək eksklüziv restoranlar, əyləncə mərkəzləri, eksklüziv brend tərəfdaşlıqları, səyahət xidmətləri və müasir idman klubu da daxildir.

İdarə olunan şirkətlər

HAQQIMIZDA

PAŞA Management Company qida məhsulları, lüks kateqoriyalı pərakəndə malları, hotel-restoran, inşaat, daşınmaz əmlak və mülkiyyətin idarə edilməsi, kənd təsərrüfatı, turizm, təhsil və əyləncə kimi bir çox sahəni əhatə edən biznes portfelini idarə edir.

Əhatəli xidmətlərimiz, sənaye təcrübəmiz sayəsində bizneslərə inkişaf etmək və tam potensiala çatmaq üçün əlavə güc veririk.

Karyera

PAŞA Management Company ilə karyeranızı Yeni Zirvələrə yüksəldin!

Şirkətimizdə karyera imkanlarını kəşf edin. Burada siz iş elanları ilə tanış olub profilinizə uyğun vakansiyalara müraciət edə bilərsiniz.

Bütün müraciətlər tərəfimizdən diqqətlə nəzərdən keçirilir, uyğun namizədlərə seçim prosesinin növbəti addımları barədə məlumat verilir.

Öz karyera yolunuza bizimlə başlayın və yeni imkanları kəşf edin!